"Qarabağ" - "Frayburq" matçının biletlərinin 20 mini satıldı

"Qarabağ" - "Frayburq" matçının biletlərinin 20 mini satıldı

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində noyabrın 3-də Bakıda baş tutacaq "Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb.

mediasport.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. Klubdan verilən məlumata görə, artıq 20 min bilet satılıb.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək mümkündür.

Qarşılaşma saat 21:45-də başlanacaq.