"Deməyə sözümüz yoxdur"

"Deməyə sözümüz yoxdur"

“Erkən qol vurmağa, tempi artıraraq qələbə qazanmağa çalışırdıq. Daha da güclənmişdik, fiziki formamız da qaydasında idi. Amma lazım olan qolu vura bilmədik”.
MediaSport.az xəbər verir ki, bu sözləri “Olimpiakos”un kapitanı Andreas Buxalakis deyib.
Təcrübəli futbolçu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a evdə uduzduqları (0:3) qarşılaşmanı belə şərh edib: “Ola bilsin ki, daha çox açıldıq və boşluqlar verdik. Qələbə istəyirdik. Rəqib kimi əks-hücumlara bel bağlamırdıq. Deməyə sözümüz yoxdur. Məyusuq. İndi etməli olduğumuz şey imicimizi yaxşılaşdırmaq və irəli getməkdir”.