AÇ-2024: Qrupdakı rəqibimiz İsveç yığması Estoniyaya da 5 qol vurub

AÇ-2024: Qrupdakı rəqibimiz İsveç yığması Estoniyaya da 5 qol vurub

AÇ-2024-ün seçmə qrup mərhələsinin 5-ci turu çərçivəsində daha 7 görüş oynanılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığması ilə eyni qrupda yer alan Estoniya və İsveç milliləri Tallinndə qarşılaşıblar.

Skandinaviya yığması seçməmizlə matçda olduğu kimi, estonlara da 5 cavabsız qol vurublar.

C və I qruplarında isə bütün oyunlar heç-heçə başa çatıb.


AÇ-2024. Seçmə qrup mərhələsi. 5-ci tur


C qrupu

Ukrayna - İngiltərə 1:1

Şimali Makedoniya - İtaliya 1:1

Xal durumu: İngiltərə 13, Ukrayna 7, İtaliya 4, Şimali Makedoniya 4, Malta 0


F qrupu

Azərbaycan - Belçika 0:1

Estoniya - İsveç 0:5

Xal durumu: Belçika 10, Avstriya 10, İsveç 6, Estoniya 1, Azərbaycan 1


I qrupu

Andorra - Belarus 0:0

Kosovo - İsveçrə 2:2

Rumıniya - İsrail 1:1

Xal durumu: İsveçrə 13, Rumıniya 9, İsrail 8, Belarus 4, Kosovo, 3, Andorra 2