Stolüstü tennisçilər arasında Azərbaycan Kuboku keçiriləcək

Stolüstü tennisçilər arasında Azərbaycan Kuboku keçiriləcək

Dekabrın 1-də “Şüa” İdman Kompleksində yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan Kubokuna start veriləcək.

mediasport.az xəbər verir ki, Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparacaqlar.

Dekabrın 4-də yekun vurulacaq yarışın təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.

Fərqlənən idmançılar nazirliyin diplomları va federasiyanın hədiyyələri ilə təltif olunacaqlar.