Yığmamız Qazaxıstanda Türkdilli xalqların 2-ci universiadasında
Stolüstü tennisçilərimiz Qazaxıstanın Türkistan şəhərində keçiriləcək Türkdilli xalqların II Universiadasına qatılacaqlar.
Mediasport.az xəbər verir ki, sabah başlanacaq mötəbər yarışda 6 idmançımız mübarizə aparacaq.
Seçmə komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə qızlardan Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, oğlanlardan Nihad Məmmədov, Kənan Pənahov və Fəxri Abdullayev etimadı doğrultmağa çalışacaq.
Zaur Mikayılov isə bu yarışda hakim kimi iştirak edəcək.
Mübarizəyə noyabrın 9-da yekun vurulacaq.