Qurban Qurbanov dünyada 5-cidir

Qurban Qurbanov dünyada 5-cidir

Bir komandaya uzun müddət rəhbərlik edən baş məşqçilərin dünya reytinqi açıqlanıb.

mediapsort.az xəbər verir ki, 25 mütəxəssisin yer aldığı sıralamada "Qarabağ" futbol klubunun çalışdırıcısı Qurban Qurbanov da var.

2008-ci ildən Ağdam klubuna rəhbərlik edən 51 yaşlı məşqçi siyahıda 5-ci pillədə qərarlaşıb.

Sıralamaya “Verona”nın baş məşqçisi Luici Freşko başçılıq edir. O, 41 ildir Verona təmsilçisini çalışdırır. Şimali İrlandiya "Krusaders"indən Stefan Bakster ikinci (18 il), Honqkonqun "Vinq Yi" komandasından Suet-Fay Li (17 il) 3-cü yeri tutur. Qurbanov 16 ildir Almaniyanın “Haydenhaym” klubuna rəhbərlik edən Frank Şmidtdən sonra ilk "5-liy"i qapayır.