500-cü oyunda 315-ci qələbə - Qurbanov üçün uğurlu yubiley

500-cü oyunda 315-ci qələbə - Qurbanov üçün uğurlu yubiley

"Qarabağ" Azərbaycan Premyer Liqasının 11-ci turunda "Şamaxı"nı məğlub edib (3:0).

Mediasport.az xəbər verir ki, "köhlən atlar" Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib.

17-ci mövsümdür "Qarabağ"ı çalışdıran Qurbanovun debütü 2008-ci avqustun 9-da "Bakılı" ilə səfər görüşünə təsadüf edib.

Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib.

Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.

Qurbanov ölkə çempionatları tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.