Rafael Varan Fransa yığmasında oynamaqdan imtina etdi - SƏBƏB

Rafael Varan Fransa yığmasında oynamaqdan imtina etdi - SƏBƏB

Fransa yığması və "Mançester Yunayted"in müdafiəçisi Rafael Varan milli karyerasını başa vurub.

mediasport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi özündə fiziki və psixoloji geriləmə gördüyü, həmçinin ailəsinə daha çox vaxt ayıra bilmədiyi üçün yığmadan imtina edib.

2018-ci ildə Fransa millisi ilə Dünya çempionu olmuş Varan son mundialı gümüş medalla başa vurub. 2013-cü ildən "xoruzlar"ın formasını geyinən futbolçu 2021-ci ildə Millətlər Liqasının da qalibi olub. Yığmada indiyədək 93 oyun keçirib 5 qol vurub.