Valter Massari ilə də vidalaşan "Napoli" Kalsonanı gətirib - RƏSMİ

Valter Massari ilə də vidalaşan "Napoli" Kalsonanı gətirib - RƏSMİ

Son İtaliya çempionu "Napoli"də cari mövsüm ikinci dəfə baş məşqçi istefası qeydə alınıb.

Mediasport.az xəbər verir ki, mövsümün gedişində Rudia Qarsiya ilə yollarını ayıran Neapol təmsilçisi Valter Massari ilə də vidalaşıb.

Komandanı Slovakiya milli komandasının baş məşqçisi Françesko Kalsona çalışdıracaq.

55 yaşlı italyan mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

O, Slovakiya yığmasındakı vəzifəsini paralel davam etdirəcək.

Kalsona klubda vaxtilə baş məşqçi Luçano Spallettinin köməkçisi, texniki inkişaf üzrə məşqçi vəzifələrində çalışıb.