FİFA təklifi qəbul etmədi: Dünya çempionatı iki ildən bir keçirilməyəcək

FİFA təklifi qəbul etmədi: Dünya çempionatı iki ildən bir keçirilməyəcək

FİFA Dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasını dəstəkləməyib.

mediasport.az xəbər verir ki, ali futbol qurumunun qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger "L`Equipe" nəşrinə müsahibəsində bildirib.

Fransalı mütəxəssis FİFA-nın ondan bu məsələ haqqında düşünməyi xahiş etdiyini söyləyib: "Mən pis fikir olmadığını düşündüm. Amma bu, təqvimin tam yenidən qurulmasını tələb edəcək. Biz mundialların 4 ildən bir keçirilməsini hədəfləyirik. Dünya çempionatı, getdikcə əhəmiyyəti artan qadınlar arasında Dünya çempionatı, Avropa çempionatı və klublararası Dünya çempionatı da lazımdır".

FİFA daha əvvəl turnirin iki ildən bir baş tutmasını tövsiyə etmişdi.