Şeydayevin klubu qrupda sonuncu oyununa çıxır - Çempionlar Liqası

Şeydayevin klubu qrupda sonuncu oyununa çıxır - Çempionlar Liqası

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" qrupun sonuncu matçını evdə keçirəcək.

Buriram təmsilçisi Yaponiyanın "Ventforet Kofu"nu qəbul edəcək.

Ramilin komandası H qrupunun turnir cədvəlində 6 xalla üçüncüdür. Aktivində 8 xalı olan "Ventforet Kofu" liderdir.

Asiya Çempionlar Liqası. Qrup mərhələsi. 6-cı tur

H qrupu

13:30 "Buriram Yunayted" - "Ventforet Kofu"