"Zirə"nin transfer etmək istədiyi futbolçu Türkiyə klubuna keçdi
"Zirə"nin heyətinə qatmaq istədiyi Azərbaycan milli komandalarının keçmiş futbolçusu Barış Ekincier karyerasını Türkiyə 1-ci Liqasında davam etdirəcək.
MediaSport.az xəbər verir ki, Almaniyanın 3-cü Liqa təmsilçisi "Valdhof-Manhaym"dan ayrılan milliləşdirilmiş türkiyəli birinci liqaya yüksəlmiş "Şanlıurfaspor"a keçib.
24 yaşlı yarımmüdafiəçi Urfa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş Barış Almaniyada “Bohum”, Avstriyada isə “Austria Klagenfurt”da çıxış edib.