Coşqunun və Ramilin komandaları növbəti sınaq qarşısında - 1-ci Liqa

Coşqunun və Ramilin komandaları növbəti sınaq qarşısında - 1-ci Liqa

Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, 3-cü oyun günündə futbol üzrə Azərbaycan millisinin futbolçuları Coşqun Diniyevin komandası "Ümraniyəspor" və Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" növbəti oyunlarını keçirəcəklər.

Dünən keçirilən qarşılaşmalarda yığmamızın digər üzvləri Sərtan Taşkının formasını geyindiyi "Manisa BBSK" evdə "Ərzurumspor"a (0:2), Bəxtiyar Həsənalızadənin uğurları üçün çalışdığı "Tuzlaspor" "Eyüpspor"a uduzub (0:4).

Türkiyə 1-ci Liqası. 20-ci tur

14:30 "Bandırmaspor" - "Giresunspor"

14:30 "Bodrumspor" - "Gənclərbirliyi"

17:00 "Ümraniyəspor" - "Sakaryaspor"

20:00 "Altay" - "Kocaelispor"