"Real"da oynamış 37 yaşlı tanınmış futbolçu 4-cü Liqa klubuna keçdi
Madrid "Real"ı və "Napoli"dəki çıxışları ilə məşhurlaşmış Xose Kalyexon 4-cü Liqa klubuna keçib.
Mediasport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Əndəlüs təmsilçisi ilə növbəti mövsümün sonunadək müddəti əhatə edən müqavilə bağlayıb.
İspaniya millisinin keçmiş futbolçusunun son klubu La Liqada "Qranada" olub.
"Kral klubu" ilə 2011/2012-ci illər mövsümündə ölkə çempionu olmuş Kalyexon "Napoli" ilə iki dəfə İtaliya Kubokun qazanıb.