AL və KL-də həftənin futbolçusu olmağa namizədlər açıqlandı
Futbol üzrə UEFA Avropa və Konfrans Liqalarında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
mediasport.az xəbər verir ki, AL-də İvan Rakitiç, Erik Lamela (hər ikisi "Sevilya", İspaniya), Nemanya Matiç (“Roma", İtaliya) və Florian Virts ("Bayer", Almaniya) namizəddir.
Konfrans Liqasında isə namizədlər Nikolas Qonsales, Kristiano Biragi (hər ikisi “Fiorentina”, İtaliya), Deklan Rays (“Vest Hem”, İngiltərə) və Ticani Reyndersdir (“Alkmaar”, Niderland).
Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində məlum olacaq.