Yığmamızın İsveç və Belçika ilə oyunlarının vaxtları açıqlandı

Yığmamızın İsveç və Belçika ilə oyunlarının vaxtları açıqlandı

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da İsveç və 19-da Belçika komandalarına qarşı keçirəcəyi oyunların stadionu və başlama vaxtı müəyyənləşib.

mediasport.az xəbər verir ki, İsveçlə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

İtaliyalı mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi təmsilçimiz Belçika yığması ilə “King Baudouin Stadium”da münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.