Renat Dadaşov yeni klubunda baxımlı qolla başladı - VİDEO

 Renat Dadaşov yeni klubunda baxımlı qolla başladı - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyənin 1-ci Liqasında debütü uğurlu alınıb.

Mediasport.az xəbər verir ki, 25 yaşlı forvard "Ankaragücü"nün heyətində ilk matçında qol vurub.

"Şanlıurfaspor"la 1-ci tur görüşündə meydana 67-ci dəqiqədə çıxan yığmamızın forvardı 10 dəqiqə sonra hesabı 2:0 edib.

Xatırladaq ki, Dadaşov bir neçə gün öncə paytaxt klubu ilə 2 illik müqavilə bağlayıb.