Milliyə baş məşqçini onlar seçəcək - İşçi Qrupunun tərkibi açıqlanıb

Milliyə baş məşqçini onlar seçəcək - İşçi Qrupunun tərkibi açıqlanıb

AFFA Azərbaycan milli komandasının baş məşqçi postuna namizədləri müəyyənləşdirmək üçün yaradılan İşçi Qrupunun tərkibini açıqlayıb.

Mediasport.az xəbər verir ki, federasiya prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə vitse-prezident Elşad Nəsirov İşçi Qrupunun sədri olub.

Vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynov üzv təyin ediliblər.

İşçi Qrupu bu gün keçirilən ilk onlayn iclasda ümumi fikir mübadiləsi aparıb.