Azərbaycan - İsveç: Fernandu Santuş mətbuat qarşısına çıxacaq

 Azərbaycan - İsveç: Fernandu Santuş mətbuat qarşısına çıxacaq

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Mediasport.az xəbər verir ki, tədbirlər görüşün baş tutacağı arenada təşkil ediləcək.

Qarşılaşma sentyabrın 5-də, saat 20:00-da start götürəcək.


4 sentyabr

İsveç milli komandası

17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

18:15. Mətbuat konfransı

Azərbaycan milli komandası

18:45. Mətbuat konfransı

19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq