Yığma komandamızın keçmiş üzvü Ukrayna klubu ilə müqavilə bağladı

Yığma komandamızın keçmiş üzvü Ukrayna klubu ilə müqavilə bağladı

2015-2016-cı illərdə futbol üzrə Azərbaycanın U-21 milli komandasının formasını geyinmiş Dmitri Nağıyev Ukraynada özünə yeni klub tapıb.

MediaSport.az xəbər verir ki, 2021/2022-ci illərdə "Sumqayıt"ın heyətində çıxış etmiş 28 yaşlı müdafiəçi "Obolon"un uğurları üçün çalışacaq.

Nağıyev Kiyev təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

O, U-21 yığmamızda 2, Sumqayıt klubunun heyətində 27 görüş keçirib.