Azərbaycan millisinin sabiq üzvü erməni ilə eyni komandada - FOTO

 Azərbaycan millisinin sabiq üzvü erməni ilə eyni komandada - FOTO

Fveralın 9-11-i tarixlərində Rusiyanın paytaxtı Moskvada "Əfsanələr Kuboku" yarışı keçiriləcək.

Mediasport.az xəbər verir ki, turnirdə dünya yığması ilə yanaşı, “Spartak”, ÇSKA, “Lokomotiv” və “Zenit”in veteran futbolçularından ibarət komandaları da iştirak edəcəklər.

"Dəmiryolçular"ın heyətində 2002-2003-cü illərdə çıxış etmiş Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Narvik Sirxayev yarışda keçmiş klubunda oynayacaq.

Diqqətçəkən məqam heyətdə onunla bərabər Ermənistan yığmasının keçmiş futbolçusu Albert Sarkisyanın da yer almasıdır.

Komandaya Sergey Ovçinnikov baş məşqçilik edəcək.

Sirxayev 1997-1999-cu illərdə millimizin heyətində 17 oyun keçirib. Onun ölkəmizdə formasını geyindiyi ilk və karyerasının son klubu "Şüvəlan" adlandırıldıqdan sonra tarixə qovuşmuş "Olimpik" olub.