Canni De Byazi heyəti açıqladı, Ramil Şeydayev millidən gedəcək

Canni De Byazi heyəti açıqladı, Ramil Şeydayev millidən gedəcək

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə qrup oyunları üçün yığmanın heyətini açıqlayıb.

Mediasport.az xəbər verir ki, italyan mütəxəssis sentyabrın 9-da “Dalğa Arena”da Belçika, 12-də isə beynəlxalq yoldaşlıq oyununda İordaniya yığması ilə qarşılaşmalar üçün 26 futbolçuya dəvət göndərib.

Mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı iştirakını nəzərə alaraq futbolçunun Belçika ilə oyundan sonra düşərgəni tərk etmək istəyini müsbət qarşılayıb.

Şahrudin Məhəmmədəliyev
Qarabağ
Səlahət Ağayev
Səbail
Yusif İmanov
Sabah
Aleksey İsayev
Sabah
Amin Seydiyev
Sabah
Anton Krivotsyuk
Daejon Hana (Cənubi Koreya)
Bəhlul Mustafazadə
Qarabağ
Bəxtiyar Həsənalızadə
Tuzlaspor (Türkiyə)
Coşqun Diniyev
Umraniyespor (Türkiyə)
Elvin Bədəlov
Sumqayıt
Elvin Camalov
Sabah
Elvin Cəfərquliyev
Qarabağ
Emil Səfərov
Qəbələ
Emin Mahmudov
Neftçi
Filip Ozobiç
Neftçi
Höccət Haqqverdi
Neftçi
Mahir Emreli
Dinamo (Zaqreb, Xorvatiya)
Musa Qurbanlı
Yurqorden (İsveç)
Ozan Can Kökçü
Eyndhoven (Niderland)
Qismət Alıyev
Zirə
Rahil Məmmədov
Qarabağ
Ramil Şeydayev
Buriram Yunayted (Tailand)
Renat Dadaşov
Qrasshopper (İsveçrə)
Rüstəm Əhmədzadə
Zirə
Toral Bayramov
Qarabağ
Yusif Nəbiyev
Səbail