Coşqun Diniyev "Qalatasaray"a qarşı 90 dəqiqə oynasa da...

Coşqun Diniyev "Qalatasaray"a qarşı 90 dəqiqə oynasa da...

Türkiyə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" bu raundda Türkiyə nəhəngi "Qalatasaray"la qarşılaşıb.

28 yaşlı yarımmüdafiəçimizin 90 dəqiqə meyanda olduğu matçda komandası hesabı açsa da, "aslanlar" az sonra səviyyə fərqi nümayiş etdirərək hesabı xeyirlərinə deyişə biliblər - 4:1.

Beləliklə, Diniyevin komandası kubokla vidalaşıb.