AFFA “Fənərbağça”nın 25 yaşlı qapıçısını milliləşdirmək istəyir
AFFA Türkiyə nəhəngi “Fənərbağça”nın qapıçısı İrfan Can Eğribayatı milliləşdirmək istəyir.
Mediasport.az xəbər verir ki, türkiyəli jurnalist Burhan Can Terzi bu haqda tvitter hesabında paylaşım edib.
Onun iddiasına görə, 25 yaşlı qolkiper AFFA-dan təklif alıb və Azərbaycan yığmasının formasını geyinə bilər.
2022-ci ildən "Fənərbağça"da çıxış edən Eğribayat “Adanaspor” və “Göztepe” klublarında da oynayıb.
O, Türkiyənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edib.