Belçika yığmasının 2 ulduzu Azərbaycana qarşı oynamayacaq
Belçika milli komandası sentyabrın 9-da AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunda iki aparıcı futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
mediasport.az xəbər verir ki, "qırmızı iblislər"in əsas üzvləri - qapıçı Tibo Kurtua və yarımmüdafiəçi Kevin de Brüyne yığmamızla matçı zədə səbəbindən buraxacaq.
"Mançester Siti"də çıxış edən 32 yaşlı pleymeyker dünən Premyer Liqanın "Börnli" ilə açılış görüşündə ciddi zədə alıb.
Madrid "Real"ının qapısını qoruyan Kurtua isə "kral klubu"nun məşqi zamanı sıradan çıxıb.
Bakıda baş tutacaq Azərbaycan - Belçika qarşılaşması saat 17:00-da start götürəcək.