Millimizin üzvü Bolqarıstan liqasında debütünü qələbə ilə qeyd etdi

Millimizin üzvü Bolqarıstan liqasında debütünü qələbə ilə qeyd etdi

Futbol üzrə Bolqarıstan 1-ci Liqasında 4-cü turun oyunlarına start verilib.

mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynov formasını geyindiyi "Arda"nın heyətində rəsmi matçlarda debüt edib.

Yeni klubunun heyətində yoxlama görüşlərində özünü yaxşı tərəfdən göstərən 20 yaşlı müdafiəçinin komandası Plovdiv səfərində "Botev"in qonağı olub.

Krjali təmsilçisi səfərdə qələbə qazanmaqla cari mövsümdə ilk qalibiyyətini rəsmiləşdirib - 2:0. Cəlal meydana 73-cü dəqiqədə daxil olub.