Reytinq cədvəli: Hidayət zirvədədir, Zelim Kotsoev 2-ci pillədə yer alır
Bütün çəki dərəcələri üzrə cüdoçuların reytinq cədvəlində Hidayət Heydərovun (73 kq) liderliyi davam edir.
Mediasport.az xəbər verir ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibinin aktivində 9004 xal var.
İkinci yerdə digər Azərbaycanın daha bir Olimpiya çempionu Zelim Kotsoev (100 kq) qərarlaşıb (7762 xal).
Gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) 7335 xalla üçüncü yerdədir.