Azərbaycan İspaniyada Avropa Kubokuna 14 cüdoçu ilə qatılacaq

Azərbaycan İspaniyada Avropa Kubokuna 14 cüdoçu ilə qatılacaq

Mayın 18-19-da İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.

Mediasport.az xəbər verir ki, turnirdə 21 ölkədən 351 idmançı iştirak edəcək.

Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

İdmançılarımız 20-22 mayda Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.


60 kq

Əli Hacıyev

Murad Muradlı

66 kq

Mehdi Cəfərov

İslam Rəhimov

Məhəmməd Musayev

73 kq

Aydın Rzayev

Əbil Yusubov

81 kq

Süleyman Şükürov

Əli Hacızadə

90 kq

Davud Namazlı

Tuncay Şamil

100 kq

Əjdər Bağırov

+100 kq

Kənan Nəsibov

İlkin Baxşəliyev