Azərbaycan 3 "qızıl"la medal sıralamasında birinci yeri tutub

 Azərbaycan 3 "qızıl"la medal sıralamasında birinci yeri tutub

Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" yarışı başa çatıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisi turniri 8 medalla başa vurub.

Son yarış günündə Murad Fətiyev (90 kq) qızıl, Camal Qamzatxanov (+100 kq) gümüş, Vüqar Talıbov (90 kq) isə bürünc medal əldə edib.

Daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc mükafat qazanıblar.

Beləliklə, yığmamız medal sıralamasında birinci olub.

Qeyd edək ki, ölkəmizi turnirdə 32 cüdoçu təmsil edib.