Rusiya milli komandasının sabiq üzvü "Turan Tovuz"da - RƏSMİ

Rusiya milli komandasının sabiq üzvü "Turan Tovuz"da - RƏSMİ

"Turan Tovuz" heyətini yeni legioner futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının şərəfini qorumuş qapıçı İvan Konovalov ilə 1+1 illik müqavilə bağlanılıb.

Moskva “Spartak”ının  yetirməsi olan qapıçı Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.

Xatırladaq ki, qərb təmsilçisi bu gün baş məşqçi Qurban Berdıyev 2+1 illik müqaviləyə qol çəkib.