Premyer Liqanın 2-ci turunun 2 görüşünün vaxtı dəyişdirildi

Premyer Liqanın 2-ci turunun 2 görüşünün vaxtı dəyişdirildi

Təşkilati işlərlə əlaqədar olaraq Azərbaycan Premyer Liqasının 2-ci turunun 12 avqust tarixinə təyin olunmuş oyunlarının başlanma vaxtları dəyişdirilib.

mediasport.az xəbər verir ki, "Araz Naxçıvan" - "Qəbələ" oyunu 18:30, "Zirə" - "Kəpəz" görüşü isə 21:00-da başlanacaq.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.