"Bazel"ə uduzan "Sabah" Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi "Sabah" bu gün Çempionlar yolunun II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, komandamız Bakıda İsveçrənin "Bazel" kollektivini qəbul edib.
Təmsilçimiz minimal hesabla məğlub olaraq yarışda mübarizəni dayandırıb.
Qeyd edək ki, İsveçrədə baş tutan ilk matçda meydan sahibləri 6:0 hesablı qələbə qazanmışdılar.
UEFA Gənclər Liqası. 2-ci təsnifat mərhələsi
"Sabah" - "Bazel" (İsveçrə) 1:2
Baş hakim: Rustam Omarov.
Baş hakimin köməkçiləri: Aleksey Dolqix, Dmitri Belogradov (hamısı Qazaxıstan).
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan).
Bayıl Arena.