ÖZƏL! "Qarabağ" bu futbolçusunu Premyer Liqa klubuna icarəyə verəcək
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" qapıçı Ayhan Arazlını icarəyə verəcək.
MediaSport.az saytına daxil olan məlumata görə, ötən mövsümü Ağdam klubunun əvəzedici komandasında keçirən 22 yaşlı qolkiper karyerasını "Zirə"də davam etdirəcək.
Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov qapı xəttindəki boşluğu doldurmaq üçün oyununu bəyəndiyi Ayhanın xidmətinə ehtiyac duyub.
İki klub arasında razılıq əldə olunub. Gənclər millimizin qolkiperinin keçidi bugünlərdə açıqlanacaq.
Qeyd edək ki, zirəlilərin heyətində hazırda yalnız Anar Nəzirov var. Komanda mövsüm başa çatan kimi Mehdi Cənnətovla vidalaşıb.