"Sabah" Rüstəmi sevindirdi

"Sabah" Rüstəmi sevindirdi

“Sabah”ın qapıçısı Rüstəm Samiqullin üçün Azərbaycan Premyer Liqasınının 34-cü turu əlamətdar olub.

mediasport.az xəbər verir ki, 20 yaşlı qolkiper “Sumqayıt”la səfər qarşılaşmasında meydana çıxmaqla debüt edib.

O, Premyer Liqada ilk oyununu keçirib və komandasının 4:0 hesabı ilə qələbə qazandığı matçda qapısının toxunulmazlığını qoruyub.