"Qarabağ" rəsmisi Romaya yollanıb
İtaliyanın paytaxtı Romada UEFA-nın illik təhlükəsizlik konfransı (UEFA Safety&Security Conference) keçirilib.
Ağdam klubundan Mediasport.az saytına verilən məlumata görə, tədbirdə “Qarabağ” Futbol Klubunu PR & Marketinq şöbəsinin rəhbəri Yusif Cəfərov təmsil edib.
Konfransda UEFA Avropa Liqasının qrup oyunları zamanı meydan sahibi və qonaq komanda azarkeşlərinin təhlükəsizliyi müzakirə olunub. Tədbir iştirakçıları digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, toplantıya AFFA-nın əməkdaşı Vasif Mahmudov da qatılıb.