ÖZƏL! Paytaxt klubu 4 futbolçusunu da göndərəcək - ADLARI DƏQİQLƏŞDİ
Gələn mövsüm daha iddialı olmağı hədəfləyən "Səbail"də bu istiqamətdə işlər davam etdirilir. İyunun 15-nə qədər heyətdə "təmizləmə əmliyyatı"nı başa çatdıracaq paytaxt təmsilçisi paralel olaraq yeni yerli və əcnəbi futbolçularla danışıqlar aparır.
Bugünədək 11 futbolçu ilə yollarını ayıran Bayıl klubu daha 4 üzvü ilə də vidalaşacaq.
mediasport.az saytı komandandan gedəcək növbəti oyunçuların adlarını öyrənə bilib. Yaxın 1-2 gündə düşərgəni tərk edənlərin siyahısına Elmir Tağıyev, Ədilxan Qarəhmədov və Rafael Məhərrəmli də qoşulacaq. Hər 3 futbolçunun yeni mövsüm üçün planlara daxil edilmədiyi dəqiqləşdirilib.
Komandanın kapitanı, veteran Rahid Əmirquliyevlə isə məsələ başqa cürdür. Rəhbərlik önəm verdiyi futbolçunun komandada və ya akademiyada qalıb məşqçi işləməsini istəyir. Təcrübəli futbolçu razılaşsa, "Səbail"də qalacaq.