Ponomaryovun ardından "Sabah"ın digəri rəsmiləri də cəzalandırıldı
AFFA İntizam Komitəsi "Sabah"ın rəsmi şəxslərini cəzalandırıb.
mediasport.az xəbər verir ki, buna Premyer Liqanın 24-cü turunun “Şamaxı” ilə oyunundan sonra klub rəsmilərinin birinci köməkçi hakimlə aralarında yaşanan mübahisə səbəb olub.
Masazır təmsilçisi 3200 manat cərimə ödəməli olacaq.
Buna qədər isə "Sabah"ın idman direktoru və U-19 komandasının baş məşqçisi İqor Ponomaryov da cəzalandırılmışdı. 63 yaşlı mütəxəssis Gənclər Liqasında "Kəpəz"lə görüşün 90-cı dəqiqəsində hakimlərə sərt formada etiraz etdiyi üçün qırmızı vərəqə alaraq meydan qovulub. O, İK-nın qərarına əsasən, 1 oyunluq diskvalfikasiya edilib.