"Sabah"dan 800 min istədi, alınmadı - Serbiya klubuna keçdi
"Sabah"ın transfer hüququ "Kopenhagen"ə məxsus Lüter Sinqi Bakıya gətirdiyini xəbər vermişdik.
Mediasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Cənubi Afrika Repsublikasının milli futbolçusu ilə son anda razılaşa bilməyib.
Tərəflərin maliyyə şərtlərində anlaşması baş tutmayıb.
26 yaşlı vinger gecəylə "Çukariçki"yə keçib. Serbiya klubu transfer müqabilində Danimarka təmsilçisinə 800 min avro ödəyib.
Sinq "Çukariçki" ilə 2 illik müqavilə bağlayıb.