“Qarabağ”ın rəqibi məğlub olmayan komandalar siyahısında yer alıb

 “Qarabağ”ın rəqibi məğlub olmayan komandalar siyahısında yer alıb

Məşhur "Transfermarkt" portalı Avropanın "Top-10" liqasında mübarizə aparan, 2023/24 mövsümündə uduzmayan və ən az məğlubiyyət yaşayan komandaların adlarını açıqlayıb.

Mediasport.az xəbər verir ki, Türkiyənin 3, Almaniya və İspaniyanın 2, İngiltərə, Fransa və Belçikanın 1 komandası siyahıda yer alıb.

"Qarabağ"ın Avropa Liqasının H qrupundakı rəqibi "Bayer"i (Almaniya) də məğlub olmayan komandalar siyahısında qərarlaşıb.


Məğlub olmayan komandalar

1. "Fənərbağça" (16 oyun – 16 qələbə);

2. "Qalatasaray" (16 oyun – 13 qələbə, 3 bərabərlik);

3. "Bayer" (10 oyun – 9 qələbə, 1 bərabərlik);

4. "Barselona (11 oyun – 8 qələbə, 3 bərabərlik);

5. "Nitsa" (8 oyun – 4 qələbə, 4 bərabərlik);

6. "Hatayspor" (8 oyun – 3 qələbə, 5 bərabərlik).


Ən az məğlubiyyət yaşayan komandalar

1. "Gent" (18 oyun – 11 qələbə, 6 bərabərlik, 1 məğlubiyyət);

2. "Real" (11 oyun – 10 qələbə, 1 məğlubiyyət);

3. "Arsenal" (12 oyun – 9 qələbə, 2 bərabərlik, 1 məğlubiyyət);

4. "Bavariya" (11 oyun – 8 qələbə, 2 bərabərlik, 1 məğlubiyyət).

Rövşən