Sadıqov klubunu yenidən Premyer Liqaya çıxarmağa hazırlaşır

 Sadıqov klubunu yenidən Premyer Liqaya çıxarmağa hazırlaşır

Rusiyada yaşayan azərbaycanlı iş adamı Tufan Sadıqovun baş sponsoru olduğu "Ximki" yenidən Rusiya Premyer Liqasında mübarizə aparmağa hazırlaşır.

Mediasport.az xəbər verir ki, biznesmen "Матч ТВ"yə müsahibəsində əsas məqsədlərinin elitaya qayıtmaq olduğunu deyib.

Sadıqov tezliklə hədəflərinə çatacaqlarına inandığını vurğulayıb. O, maliyyə sıxıntılarını da yavaş-yavaş həll etdikərini söyləyib.

Qeyd edək ki, ötən mövsümün sonunda aşağı dəstəyə düşən Ximki şəhərinin eyniadlı təmsilçisi hazırda 1-ci Liqada 24 turdan sonra 42 xalla liderdir.