Şahruddin Qurban Qurbanovu unutmadı: "Əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm" - FOTO

Şahruddin Qurban Qurbanovu unutmadı: "Əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm" - FOTO

Türkiyənin "Adana Dəmirspor" klubu ilə müqavilə bağlayan Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib.

Mediasport.az xəbər verir ki, yığmamızın qolkiperi “instagram” hesabının hekayə bölümündə təcrübəli mütəxəssisə təşəkkür mesajı paylaşıb.

“Mənə qarşı xoş münasibətinizi və əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm. Hər şey üçün çox sağ olun, Hoca. Allah sizdən razı olsun”.