Fərrux Mahmudov "Spartak"la oyun barədə "Matc" TV-yə açıqlama verib
"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov Rusiya mətbuatına açıqlama verib.
Mediasport.az xəbər verir ki, klub rəhbəri martın 23-də Bakıda bu ölkənin "Spartak" komandası ilə keçirəcəkləri yoldaşlıq görüşü barədə danışıb.
F.Mahmudov deyib ki, yoldaşlıq oyunu olsa da, maraqlı alınacaq:
"Oyun martın 23-də "Neftçi Arena"da olacaq. Ölkələrinin ən köklü klubları arasındakı tarixi rəqabət bu oyunu daha maraqlı edir. Yoldaşlıq görüşü olsa da, həm futbolçular, həm də azarkeşlərin böyük marağı olacaq və xoş xatirələrin olacağına inanıram".
Komandalar arasında ötən yay Rusiyada keçirilən matçda "Spartak" qələbə qazanıb - 2:0.