Şahruddinin komanda yoldaşı "Beşiktaş"la müqavilə bağlayıb
Türkiyənin "Beşiktaş" klubu heyətini norveçli müdafiəçi ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Şahruddin Məhəmmədəliyevin də çıxış etdiyi "Adana Dəmirspor"dan ayrılan Conas Svenssonu transfer edib.
Cari mövsümün birinci yarısını Adana təmsilçisində keçirən 30 yaşlı futbolçu bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə edib və 2 dəfə sarı vərəqə ilə cəzalanıb.