DÇ-2022: Mbappe Fransa millisinin əfsanələrini geridə buraxdı

DÇ-2022: Mbappe Fransa millisinin əfsanələrini geridə buraxdı

Dünya Kubokunun final mərhələsinin Danimarka ilə görüşündə dubl edən (2:1) Fransa yığmasının ulduzu Kilian Mbappe yeni rekorda imza atıb.

mediasport.az xəbər verir ki, 61 və 86-cı dəqiqələrdə fərqlənən 24 yaşlı futbolçu ümumilikdə mundiallarda vurduğu qolların sayını 7-yə çatdırmaqla yanaşı, həm də millidəki rekordçulardan 3-nü geridə qoyub.

O, Fransa yığmasının heyətində DÇ-lərdə ən çox qol vurmuş futbolçuların siyahısında ikinci pilləyə yüksəlib. Aktivində 6 qol olan Tyerri Anri, həmçinin 5 dəfə fərqlənmiş əfsanəvi Mişel Platini ilə Zinəddin Zidanı qabaqlayıb.

Mbappe yalnız 13 qol vurmuş lider Jüst Fontendən geri qalır.