Kanada yığması penaltilərlə Amerika Kubokunun yarımfinalına çıxdı

Kanada yığması penaltilərlə Amerika Kubokunun yarımfinalına çıxdı

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda ikinci yarımfinalçı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Kanada millisi 90 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşan matçda Venesuelanı penaltilər seriyasında üstələyib.

1/4 finalın digər qarşılaşmalarında Uruqvay Braziliya ilə, Kolumbiya isə Panama ilə üz-üzə gələcək.

Turnirin finalı iyulun 15-də keçiriləcək.

Yarımfinal mərhələsinin ilk cütü artıq məlumdur: finala gedən yolda Argentina və Kanada münasibətlərinə aydınlıq gətirəcəklər.

Amerika Kuboku. 1/4 final

Venesuela - Kanada 1:1 (penaltilər seriyası - 3:4)

Qollar: Salomon Rondon, 64 - Yakob Şaffelburq, 13.