Püşk atılacaq - Avropa Liqası

Püşk atılacaq - Avropa Liqası

Bu gün futbol üzrə UEFA Avropa Liqasında da cari mövsümün sonuncu püşkatma mərasimi keçiriləcək.

mediasport.az xəbər verir ki, tədbir Bakı vaxtilə saat 16:00-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq.

Püşkatma mərasimində 1/4 və 1/2 final cütlükləri bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək. Bu mərhələdən etibarən, püşkün nəticəsinə əsasən, istənilən ölkə təmsilçisi bir-birilə qarşılaşa biləcək.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.


UEFA Avropa Liqası. 1/4 final mərhələsi


"Union Sent-Jilloaz" (Belçika)

"Bayer" (Almaniya)

"Sporting" (Portuqaliya)

"Roma" (İtaliya)

"Sevilya" (İspaniya)

"Yuventus" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Feyenoord" (Niderland)