Diniyev yeni klubunda debüt etdi, komandası qələbə qazandı
Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyev yeni klubu “Bandırmaspor”da debüt edib.
Mediasport.az xəbər verir ki, yarımmüdafiəçi Türkiyə 1-ci Liqasının ilk turunun "Ərzurumspor"la görüşündə 21 dəqiqə meydanda olub.
Oyuna 69-cu dəqiqədə qoşulan 29 yaşlı yığma üzvünün komandası mövsümə qələbə ilə başlayıb - 3:2.
Xatırladaq ki, ötən mövsümü 1-ci Liqanın digər təmsilçisi "Ümraniyəspor"da keçirmiş Diniyev Bandırma klubu ilə ötən ay 1 illik müqavilə imzalayıb.