Azərbaycanda yeni futbol mövsümü nə vaxt başlanacaq? - AÇIQLANDI

Azərbaycanda yeni futbol mövsümü nə vaxt başlanacaq? - AÇIQLANDI
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün başlanacağı tarix müəyyənləşib.

Peşəkar Futbol Liqasından mediasport.az saytına verilən məlumata görə, ölkəmizdə yeni futbol mövsümünə avqustun 4-də start veriləcək.

Premyer Liqadan 1 gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək. Yarışların püşkatması və digər detalları ilə bağlı əlavə məlumatlar qurumun rəsmi saytında yerləşdiriləcək.