"Şamaxı"da 3 müqavilə
Azərbaycan 1-ci Liqa təmsilçisi "Şamaxı" qış "transfer pəncərəsində" 3 futbolçu ilə müqavilə imzalayıb.
Mediasport.az xəbər verir ki, müdafiəçi Kənan Quliyev, yarımmüdafiəçi Abbas Ağazadə və hücumçu Elşad Tağıyevlə növbəti mövsümün sonuna qədər sözləşməyə qol çəkilib.
Dünən Ramiz Məmmədovun baş məşqçisi olduğu bölgə təmsilçisinin Emil Qasımov və Rövşən Şahmuradovla vidalaşdığı haqda xəbər vermişdik.
Xatırladaq ki, "Şamaxı" 12 oyundan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.