Azərbaycan 1-ci Liqasında yeni mövsüm Yevlaxda start götürəcək

Azərbaycan 1-ci Liqasında yeni mövsüm Yevlaxda start götürəcək

Bu gün Azərbaycan 1-ci Liqasında 2023/2024-cü illər mövsümünə start veriləcək.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq.

Mövsümün açılış görüşü Yevlaxda keçiriləcək. Oyun Peşəkar Futbol Liqasının "Youtube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Turun qalan görüşləri sabah və birigün oynanılacaq.


Azərbaycan 1-ci Liqası. 1-ci tur


16:30 "Karvan" - "Mingəçevir"

Baş hakim: Rövşən Rəcəbov